Yaxşı İdarəetmə

bu, cəmiyyətin və ya onun ayrı-ayrı kateqoriyalarının səmərəli qərar qəbul etmə yolu ilə elə idarə edilməsidir ki, bu növbəti 8 tələbə cavab verə bilsin: obyektivlik və tutumluluq; konsensus meyli; hesabatlılıq; şəffaflıq; çeviklik; səmərəlilik; qanunun aliliyi.
Vyana Konvensiyasının Məqsədi
Yaxşı tədarük
OBASTAN VİKİ
İdarəetmə
Menecment (ing. management - idarəetmə) — idarəetmənin iqtisadi mexanizminin üsul, prinsip və funksiyalarını tətbiq etməklə, material, əmək və maliyyə ehtiyatlarından səmərəli istifadə etmək yolu ilə, bazar şəraitində istənilən fəaliyyət növü ilə məşğul olan firmanın qarşısına qoyduğu məqsədə nail olması üçün həyata keçirilən peşəkar fəaliyyət növüdür. Menecment – bazar iqtisadiyyatı, bazar və rəqabət şəraitində idarəetmədir və aşağıdakı məsələlərin həllini nəzərdə tutur: nəzərdə tutulan qədər mənfəət əldə etmək üçün, firmanın fəaliyyətini bazarın tələb və təklifini, həmçinin konkret istehlakçının tələbatını ödəyə biləcək əmtəələrin istehsalına və xidmətlərin göstərilməsinə yönəltmək; istehsal məsrəflərini azaltmaqla mütəmadi olaraq istehsalın səmərəliliyinin yüksəldilməsinə çalışmaq; firmanın və onun istehsal bölmələrinin səmərəli fəaliyyətinə birbaşa məsul olan şəxslərə təsərrüfat fəaliyyətində müstəqillik vermək; hüquq və səlahiyyətlərin vəhdətini və bərabərliyini təmin etmək; bazarda tələb və təklifin vəziyyətindən və məqsədli bazarın konkret əmtəə və xidmətlərə olan münasibətindən asılı olaraq nəzərdə tutulan məqsəd və proqramlara düzəlişlər etmək; əsaslandırılmış idarəetmə qərarlarının qəbul olunması üçün müasir məlumat bazası və kompüter texnikasından geniş istifadə etmək; optimal qərarlar qəbulu üçün cox variantlı hesablamaların aparılmasını təmin etmək; idarəetmə əməkdaşlarının əməyinin səmərəsini yüksəltmək məqsədilə onun avtomatlaşdırılması və mexanikləşdirilməsi səviyyəsini yüksəltmək; firmanın öz məqsədinə nail olması üçün bütün səviyyələrdə idarəetmə aparatına peşəkar və rəhbərlik edəcəyi sahədə işin təşkili üçün zəruri bilik və təcrübəyə malik, ümumilikdə idarəetmənin başlıca funksiya və metodları ilə tanış olan kadrlar seçmək; firmanın texniki və texnoloji səviyyəsini daim təkmilləşdirmək, yeni və modernləşdirilmiş əmtəələr istehsalına nail olmaq üçün, elmi-texniki tərəqqinin son nailiyyətlərini daimi olaraq istehsala tətbiq etmək; material, əmək və maliyyə ehtiyatlarının optimal sərfinə nail olmaq yolu ilə, firmanın qarşısında duran ümumi məqsədinə çatması üçün əməyin kooperasiyasının təşkil olunmasına obyektiv zəruri təsir göstərmək. “Menecment”, “menecer” terminləri planlı təsərrüfat sistemində işlədilən “idarəetmə”, “idarəetmə fəaliyyəti”, “rəhbər”, “direktor” terminlərinin analoqu olmaqla, bazar iqtisadiyyatı ilə idarə olunan təsərrüfat komplekslərinə aiddir. “Menecment” termini “idarəetmə” termininin xüsusi halı olmaqla bazar şəraitində sosial iqtisadi proseslərin idarə edilməsində istifadə olunur. Deməli, “idarəetmə” daha geniş əhatə dairəsinə malik olmaqla, təbiətdə baş verən fiziki və insan fəaliyyətinin bütün növlərinə aid olan proseslərin idarə edilməsini də nəzərdə tutur. İdarəetmənin çox qədim olmasına baxmayaraq, o bir elm, təsərrüfatçılıq və tədqiqat sahəsi kimi nisbətən yenidir. Menecment, sərbəst elm və fəaliyyət sahəsi kimi XX əsrin əvvəllərində özünü təsdiq etmişdir. Bizim eramızdan əvvəl 3-cü minilliyə aid olan Şumerdə tapılmış saxsı lövhələrdə kommersiya sövdələşmələri və qanunları barədə məlumatlar verilmişdir. Bu da onu göstərir ki, qədim Şumerdə idarəetmə praktikası mövcud olmuşdur.
Yaxşı
Yaxşı — müsbət xüsusiyyətlərə və ya keyfiyyətlərə malik olan; öz keyfiyyəti ilə verilən tələbləri təmin edən, lazımi qaydada olan, bəyənilən. Və yaxud da razılıq əlaməti olaraq verilən cavab.
Adaptiv idarəetmə
Adaptiv idarəetmə — idarə olunan obyektin parametrlərinin dəyişməsindən və ya xarici təsirdən asılı olaraq, tənzimləyicinin parametr və ya strukturunu optimallaşdırma meyarına və ya təlimata uyğun adaptasiya etməyə imkan verən idarəetmə üsuldur. Uyğun üsulu icra edən sistemlər adaptiv idarəetmə sistemləri adlanır. Optimallaşdırma meyyarına uyğun adaptasiya adətən bir dəfə və ya çox az sayda baş verir. Verilmiş təlimata uyğun adaptasiya isə daimi yerinə yetirilir. Tənzimləyicinin öz-özünə adaptasiyası adətən onun parametrləri üzərindən həyata keçirilir. Öz-özünə tənzimlənən, uyğunlaşan və optimallaşan sistemlər "adaptiv" sözünə sinonim işlədilən analyışlardır. Klassik adaptiv idarəetmə sistemində tənzimləmə üç səciyyəvi mərhələdən ibarətdir: identifikasiya, qərar qəbuletmə və modifikasiya. İdentifikasiya "on-line" şəraitində tənzimləmə dövrəsinin giriş və çıxış siqnallarının qiymətləndirilməsi ilə aparılır. Burada, ya tənzimləyici dövr, ya da bir başa tənzimləyicinin öz parametri təyin edilir. Qərarvermə mərhələsində əldə olunmuş informasiya nəticəsində tənzimləyicinin qiymətinin verilmiş qiymətə uyğun gəlməsi dəyərləndirilir və uyğunlaşma müəyyənləşdirilir.
Avtomatik idarəetmə
Demokratik idarəetmə
Demokratiya (yun. demos — xalq və yun. kratos — hakimiyyət), Elərkillik cəmiyyətin siyasi təşkili forması; xalqın hakimiyyət mənbəyi kimi tanınmasına, dövlət işlərinin həllində iştirak etmək hüququ olmasına və vətəndaşlara geniş hüquq və azadlıqlar verilməsinə əsaslanır. Demokratiya azadlıqlar arasında vətəndaşların nümayəndəli dövlət orqanlarına seçmə və seçilməyi, söz, mətbuat, yığıncaq, mitinq və nümayişlər azadlıqları, vətəndaşların hüquq bərabərliyi, şəxsiyyət və mənzil toxunulmazlığıdır. Demokratiyanın əsasını şəxsiyyətin azadlıq hüququ, insanın şəxsiyyətinə hörmət təşkil edir. Ümumdünya insan haqqları Bəyannaməsinin müqəddiməsində oxuyuruq: "… bəşəriyyət dediyimiz bir ailənin bütün üzvlərinin ləyaqətinə, onların bərabər və ayrılmaz hüquqlarına hörmət etmək azadlığın, ədalətin və ümumi sülhün əsasını təşkil edir". Demokratiya dərisinin rəngindən, cinsindən, dilindən, dinindən, ictimai vəziyyətindən, mülki vəziyyətindən və silkindən asılı olmayaraq bütün vətəndaşların bərabərliyini nəzərdə tutur. Lakin bərabərlik sözünü geniş mənada başa düşmək lazımdır: bu, həm imkanların bərabərliyidir, həm qanun qarşısında bərabərlikdir, həm də nümayəndəlik bərabərliyidir. Demokratiyadan danışarkən biz, hər şeydən əvvəl, insanın müəyyən (ayrı-ayrı ölkələrdə müxtəlif) mexanizmlərin vasitəsilə dövlətin idarə edilməsində iştirakını, bu və ya digər kollektivin bərabər hüquqlu üzvü olmasını, öz mövqeyini ifadə etmək və eşidilə bilmək imkanını nəzərdə tuturuq. Bu o deməkdir ki, demokratiyanı seçərkən biz bütün vətəndaşların bərabərliyinə inam hissindən çıxış edirik.
Korporativ idarəetmə
Korporativ idarəetmə — biznesin təşkilati-hüquqi formasının idarə olunması, təşkilati srukturların optimallaşdırılması, qəbul olunmuş məqsədlərə müvafiq olaraq kompaniyanın firmalararası və firmadaxili münasibətlərinin qurulması. Korporativ idarəetməni xüsusi tip kimi ayırsaq başlıca xüsusiyyətləri korporasiyanın spesifikliyi ilə şərtlənən idarəetmə obyekti olaraq onu müəyyənləşdirir: "Səhmdarların prioritet maraqları və onların korporasiyanın inkişafındakı rolu üzərində qurulan idarəetmə, səhmdarların qarşılıqlı təsirini nəzərdə tutan mülkiyyət hüquqlarının reallaşdırılmasını hesaba alan idaretmə və sonda, korporativ mədəniyyəti doğuran idarəetmə, başqa sözlə, ümumi ənənələr kompleksi, nizamnamələr, davranışlar prinsipi kimi başa düşülür". Korporativ idarəetmənin başlıca funksiyası — mülkiyyətçilərin, başqa sözlə, korporasiya təşkil edən maliyyə resurslarının maraqları çərçivəsində korporasiyanın işinin təmin olunmasıdır.
İdarəetmə mədəniyyəti
İdarəetmə mədəniyyəti – şəxsiyyətin kamilləşməsi üçün insan münasibətləri hormoniyasına nail olunması üçün insanların və dövlətlərin həyat keyfiyyəti və rifahına nail olunması üçün bir əsasdır. Bu, həmçinin, yerdən kosmosa bir baxış və bəşəriyyətin inkişafının sonsuz imkanlarının yeni görünüşüdür.
İdarəetmə nəzəriyyəsi
İdarəetmə nəzəriyyəsi — müxtəlif proseslərin, obyektlərin və sistemlərin idarə olunmasının metod və prinsipləri haqqında elmdir. İdarəetmə nəzəriyyəsinin əsasını kibernetika və informasiya nəzəriyyəsi təşkil edir. İdarəetmə nəzəriyyəsinin məğzini idarəedilən obyektin sistem analizi və idarəetmə alqoritminin sintezi əsasında yaradılan riyazi modellər təşkil edir. İdarəetmə nəzəriyyəsi ilə məşğul olan nəzəriyyəçilər bizi əhatə edən canlı aləmi xarakterizə edərkən onu üç komponentə ayırırlar: cansız təbiətdə (texniki sistemlərdə) idarəetmə prosesləri; canlı təbiətdə (bioloji sistemlərdə) idarəetmə prosesləri; cəmiyyətin (sosial sistemlərdə) idarə edilməsi. İstehsal-texniki proseslərin, mexanizmlərin, maşınlar sisteminin, yəni texniki sistemlərin idarə edilməsini F.Engels əşyaların idarə edilməsi adlandırmışdır. İdarəetmənin bu sahəsi əsasən texnika elmləri tərəfindən öyrənilir. Canlı təbiətdə baş verən və canlı orqanizmlərin həyat fəaliyyəti ilə əlaqədar olan məsələləri təbiət elmləri öyrənir. Qruplarda, kollektivlərdə və siniflərdə birləşmiş və müxtəlif marağa malik olan insanların idarə edilməsini F.Engels cəmiyyətin idarə edilməsi adlandırmışdır.
İdarəetmə obyektləri
İdarəetmə obyektləri -radioverici qurğular və informasiyanın radiodalğaların köməyi ilə ötürülməsi üçün istifadə olunur. Yüksəktezlikli elektromaqnit sahəsi olan radiodalğa hərəkətdə olan materiyanın xüsusi formasıdır. Radioverici qurğunun tərkibinə verici və verici antena daxildir. Vericidə üç əsas proses baş verir: — yüksəktezlikli rəqsin generasiyası; — yüksəktezlikli rəqsin zəruri gücə qədər gücləndirilməsi; — yüksəktezlikli rəqsin parametrlərindən birinin (amplitudasının, tezliyinin və ya fazasının) ötürülən informasiyaya uyğun dəyişdirilməsi. Yüksəktezlikli rəqs avtorəqs generatorunda generasiya olunur. Bu generatoru oyadıcı və ya verici generator adlandırırlar. Belə ki o vericinin daşıyıcı tezliyini qərarlaşdırır. Yüksəktezlikli rəqsin parametrlərindən birinin ötürülən informasiyaya uyğun idarə olunması modulyasiya adlandırılır. Bu proses modulyatorda həyata keçirilir. İstifadə məqsədindən asılı olaraq vericidə amplitud modulyasiyası (AM), tezlik modulyasiyası ™ və ya faza modulyasiyası (FM) həyata keçirilə bilər.
İdarəetmə qərarları
İdarəetmə qərarları — mürəkkəb zehni prosesin nəticəsidir. Qərarların həyata keçirilməsi iqtisadi səmərə verməli, qüvvədə olan qanunvericiliyə uyğun gəlməli, psixoloji xüsusiyyətləri nəzərə almal, tabe olanlara tərbiyəvi təsir etməlidir. Qərar qəbul edilməsi prosesi gündəlik həyat və məişət də daxil olmaqla bütün fəaliyyət növünə xasdır. Qərarlar insanların mənafeyinə toxunduğundan onun qəbul edilməsi ən məsuliyyətli prosesdir. Qərar qəbul edilməsi rəhbərin ən mürəkkəb və məsuliyyətli funksiyalarından biridir. İdarəetmə qərarlarının qəbul edilməsini aşağıdakı kimi təsnif etmək olar: Məqsədə görə; İdarəetmənin səmərəliliyinə görə; Alınan son nəticəyə görə; İdarəetmə metodlarına görə; Giriş elementlərinə görə; Təsir vasitələrinə görə; İnformasiya tələblərinə görə. İdarəetmə qərarlarına və onların keyfiyyətinə təsir göstərən meyarlar aşağıdakılardır: Elmi əsasa söykənməsi. Vaxtında (lazım olan zamanda) olması. Qərarların hazırlanmasına və icrasına təsir gücü. Qərarın hazırlanma müddəti.
İdarəetmə sistemləri
Nəzarət sistemi — İdarəetmə sistemi birbaşa və ya dolayı yolla digər cihazların və ya sistemlərin davranışını idarə edən, idarə edən cihaz və ya cihazlar qrupudur. Sənaye məhsulları üçün sənaye nəzarət sistemi istifadə olunur. Nəzarət sistemi variasiya və birləşməyə görə əsas qrupa bölünür: məntiqi və ya ardıcıl idarəetmələr və ya Əlaqə və ya xətti idarəetmələr. Xətti idarəetmə proqramlarından istifadə edərək məntiqin strukturunu sadələşdirən qeyri-səlis məntiq də var. Bəzi qurğular və ya sistemlər mahiyyətcə (təbiətinə görə) idarəolunmazdır. "İdarəetmə sistemi" təhlükəsizlik maneələri mövcud olduğu müddətcə, məsələn, hidravlik presdə hərəkət etməsinə (açılmağa/bağlanmağa) mane olan məntiqi idarəetmədən başqa, əl ilə açılan və ya bağlanan idarələrə də tətbiq oluna bilər. Avtomatik kaskad idarəetmə sistemi müəyyən bir işi yerinə yetirmək üçün müvafiq ardıcıllıqla bir sıra mexaniki aktuatorları işə salır. Müxtəlif elektrik və pnevmatik çeviricilər, məsələn, karton qutunu qatlaya və yapışdıra, məhsulu içəriyə qoya və sonra avtomatik qablaşdırma maşını ilə qablaşdıra bilər. Belə işlərin görülməsi üçün proqramlaşdırıla bilən məntiqi nəzarətçilərdən (PLC) istifadə olunur. Ancaq bunlar başqa texnologiyalardır.
İdarəetmə uçotu
İdarəetmə çarxı
İdarəetmə çarxı və ya lever, təyyarəni idarə etmək üçün nəzərdə tutulan xüsusi qurğu. Lever; qanadcıq və rul kimi nəzarət səthlərini hərəkət etdirmək üçün istifadə olunur. Qanadcıq ilk növbədə təyyarənin yuvarlanma oxunda yatış həyata keçirməsini; hündürlük sükanı isə tanqaj hərəkətlərini təmin edir.
İdarəetmə əməyi
İdarəetmə əməyi — ictimai əməyin bir növü olub istehsal kollektivlərinin qarşısında qoyulan məqsədə çatmaq üçün istiqamətlənmiş məqsədyönlü fəaliyyətdir. Geniş mənada idarəetmə əmyi idarəetmə sahəsində hər cür əmək kimi başa düşülür. Daha dar mənada isə idarəetmə əməyinin müəyyənləşdirilməsi inzibati idarəetmənin funksiyalarının icra edilməsi deməkdir. Bir sıra alimlər əsassız olaraq "idarəetmə əməyi"ni "idarəetmə" ilə eyniləşdirirlər və hesab edirlər ki, o ancaq idarəetmə sahəsində istifadə edilir. Ona görə də elmi ədəbiyyatlarda belə təriflərə tez-tez rast gəlinir: idarəetmə əməyi – bu kontor, dəftərxana işidir, mühəndi-texniki əməyidir. idarəetmə əməyi – idarəetmə sahəsində əmək deməkdir. İdarəetəm əməyi ilə müəssisə və təşkilatların rəhbərləri, mühəndis-texniki işçilər və qulluqçular məşğul olurlar. İdarəetmə işçilərinə zehni əməyin spesifik forması olan idarəetmə əməyi ilə məşğul olan bütün işçilər aid edilir. Beləliklə, idarəetmə işinə ancaq rəhbərlərin, mühəndis-texniki işçilərin işini aid etmək olar.
Büdcəsiz idarəetmə
Büdcəsiz idarəetmə (ing. Beyond Budgeting) — idarəetmə sisteminin sadələşdirilməsi və qərarların qəbulunun qeyri-mərkəzləşdirilməsi yolu ilə büdcələşdirmə prosesindən istifadə etmədən müəssisənin idarə edilməsi konsepsiyası. Büdcə tənqidi fonunda “Büdcədən kənar” konsepsiyası 1970-ci illərin əvvəllərindən, İsveçin böyük bankı Svenska Handelsbanken tərəfindən uğurla tətbiq olunduğu vaxtdan formalaşmışdır. Sonra bu konsepsiya American Express, Google, Guardian, SpareBank, Coloplast, Telenor, Wallenius Wilhelmsen Logistics, Arla Foods, IKEA və bir çox başqa şirkətlər tərəfindən elan edildi. 1998-ci ildə hətta Beynəlxalq Proqressiv İstehsalçılar Konsorsiumunun bir hissəsi olan "Büdcədən kənarda dəyirmi masa" (BBRT) beynəlxalq təşkilatı təşkil edildi. 2004-cü ildə Ceremi Houp və Robin Frayzer tərəfindən büdcəsiz idarəetmənin 12 əsas prinsipi ilə bir kitab nəşr olundu: I. Rəhbərliyin prinsipləri (səlahiyyətlərin verilməsi): 1. daxili büdcələrin icrasını deyil, müəssisənin rəqabət üstünlüklərini artıran idarəetmə mühitinin yaradılması; 2. müəssisə üçün dəqiq müəyyən edilmiş dəyərlərin artırılması əsasında kadrların motivasiyası; 3. məsuliyyətin öz qərarlarını qəbul edə bilən əməliyyat menecerlərinə həvalə edilməsi; 4. əməliyyat menecerlərinə fəaliyyət azadlığı (resurslara çıxış) verməklə gücləndirilməsi; 5.
Elmi idarəetmə
Elmi idarəetmə — iş axınlarını təhlil edən və sintez edən idarəetmə nəzəriyyəsi. Onun əsas məqsədi iqtisadi səmərəliliyi, xüsusilə əmək məhsuldarlığını artırmaqdır. Bu, elmi idarəetmədə proseslərin mühəndisliyinə tətbiq etmək üçün ilk cəhdlərdən biri idi. Elmi idarəetmə bəzən onun qabaqcılı Frederik Vinslou Teylorun şərəfinə teylorizm kimi tanınır. Teylor nəzəriyyənin inkişafına ABŞ-da 1880–1890-cı illərdə istehsal sənayesində, xüsusən də polad sənayesində başlamışdır. Onun təsirinin pis nöqtəsi 1910-cu illərdə çatmışdır. Teylor 1915-ci ildə vəfat etsə də, 1920-ci illərdə elmi idarəetmə hələ də təsirli bir nəzəriyyə olaraq qalmışdı, lakin əks və ya bir-birini tamamlayan ideyalarla rəqabətə və sinkretizmə girmişdi. Fərqli bir nəzəriyyə və ya düşüncə məktəbi kimi elmi idarəetmə artıq 1930-cu illərdə köhnəlmiş olaraq qəbul edilsə də, onun mövzularının əksəriyyəti bu gün hələ də sənaye mühəndisliyi və idarəetməsinin vacib hissələridir.
İdarəetmə iqtisadiyyatı
İdarəetmə iqtisadiyyatı (iqtisadiyyatın idarəedilməsi; ing. managerial economics) — biznesdə praktiki problemlərin həlli üçün iqtisadi anlayışların, nəzəriyyələrin, alətlərin və metodologiyaların tətbiqini öyrənən elmi fəndir, iqtisadi nəzəriyyə və idarəetmə nəzəriyyəsinin birləşməsidir. Menecerə qərar qəbul etməkdə kömək edən və təcrübə ilə nəzəriyyə arasında əlaqə rolunu oynayan bir intizam. O, praktikada iqtisadi nəzəriyyə və iqtisadiyyatı birləşdirir və məsələn, əməliyyat tədqiqatı, riyazi proqramlaşdırmadan istifadə etməklə, firma məqsədləri və çatışmazlıqdan irəli gələn məhdudiyyətlər əsasında biznes qərarlarını optimallaşdırmaq üçün reqressiya təhlili, korrelyasiya və hesablama kimi kəmiyyət üsullarına əsaslanır. Hesab edilir ki, idarəetmə iqtisadiyyatı anlayışı ilk dəfə amerikalı iqtisadçı Coel Din tərəfindən 1951-ci ildə özünün “İdarəetmə iqtisadiyyatı” əsərində, idarəetmə iqtisadiyyatının biznes siyasətinin formalaşdırılması üçün iqtisadi təhlildən istifadə edilməsi olduğunu müəyyən edərək təqdim edilmişdir. O, öz işində qeyd edirdi ki, “iqtisadi nəzəriyyəçilərin maraqlandığı məsələlərlə praktiki menecerləri maraqlandıran davranış problemləri arasında böyük uçurum var. İqtisadiyyat mütəfəkkirlərinin siyasi iqtisadiyyat kurslarında edə biləcəyi praktik töhfələrə top menecerlərə çıxış imkanı vermək üçün bu boşluğu doldurmaq lazımdır. Amerikalı professor Uilyam Baumol 1961-ci ildəki işində qeyd etdi ki, istənilən iqtisadçı nəzəri modellər yaratmaq biliklərindən istənilən mürəkkəblikdə olan kommersiya məsələlərini həll etmək üçün istifadə edə bilər. Britannica-ya görə, idarəetmə iqtisadiyyatı iqtisadi prinsiplərin kommersiya firmalarında və ya digər idarəetmə vahidlərində qərar qəbul etmək üçün tətbiqidir. Əsas anlayışlar ayrı-ayrı istehlakçıların, firmaların və sənayelərin davranışını öyrənən mikroiqtisadiyyatdan götürülmüşdür ki, bunlara digər təhlil vasitələri də əlavə edilmişdir: məhsullara cari və gələcək tələbatın qiymətləndirilməsi üçün statistik üsullar; mənfəəti artırmaq, xərcləri minimuma endirmək və məhsulların ən sərfəli kombinasiyasını seçmək üçün əməliyyatların tədqiqi və proqramlaşdırma üsulları; qərarlar nəzəriyyəsi və oyun nəzəriyyəsi, menecerlərin fəaliyyət göstərdiyi qeyri-müəyyənlik və qeyri-müəyyən bilik şərtlərini tanıyaraq, investisiya imkanlarını qiymətləndirmək üsullarını sistemləşdirmək.
İdarəetmə şəbəkəsi
Yaxşı Cazibə
Yaxşı Cazibə (türk. Yahşi Cazibe) — Süreç Film kinoşirkətinin istehsalı olan və Türkiyənin ATV kanalında yayımlanan televiziya serialı.
Yaxşı Partiya
İYİ Partiya (türk. İYİ Parti) — 2017 ci il 25 oktyabrda Meral Akşener tərəfindən qurulan partiyadır. Ümid Özdağ 6 noyabr 2020-ci il tarixində İYİ Partiya İstanbul Şəhər Təşkilatının başçısı Buğra Kavuncu və əmisini FETÖ-çü adlandırmasından sonra partiya rəhbərliyi ilə yaşanan problemlər nəticəsində partiyadan ixrac edilmişdir. 13 yanvar 2021 tarixində Ankara Birinci Əsliyə Hüquq Məhkəməsi ixrac qərarını ləğv etmişdir.. Ümid Özdağ 4 mart 2021 tarixində açıqlama verərək İYİ Partiyadan istefa vermişdir: 2021-ci ildə Özdağ partiya qurma hərəkatına başladı və Ayyıldız Hərəkatını təsis etdi. O, partiyasını 26 avqustda quracağını elan etdi. Seçkilərdə ağır məğlubiyyət yaşayaraq öncəki seçkilərə nəzərən səslərini 7,76%-dən 3,6%-ə, son parlament seçkilərinə nəzərən isə 9,69%-dən 3,6%-ə endirmiş İYİ Partiyada seçkilərə tək başına girmə strategiyası olan "Hür ve Müstakil İYİ Parti" strategiyasını müdafiə etmiş Meral Akşenər 27 aprel 2024 tarixinə fövqəladə qurultay təyin etmişdir. O, qurultayda namizəd olmayacağını açıqlamışdır. Müsavat Dərvişoğlu və Koray Aydın 8 aprel 2024 tarixində sədrliyə namizədliklərini açıqladılar. Mediada Dərvişoğlu Akşenərin namizədi və "əmanətçi" namizəd olaraq anılsa da, o bütun bu iddiaları rədd etmiş və özünün əmanətçi olacaq xarakterdə olmadığını, Akşenərin isə belə bir zehniyyətdə olmadığını qeyd etmişdir.
Yaxşı terrorçu
Yaxşı terrorçu — 1985-ci ildə ingilis yazıçısı Doris Lessinq tərəfindən yazılmış siyasi roman. Kitab ilk dəfə həmin il İngiltərədə Conatan Keyp və ABŞ-də Alfred Knopf tərəfindən nəşr edilmişdir. Kitabın baş qəhrəmanı Londonda radikal bir qrupa qoşularaq terrorist fəaliyyətlərinə cəlb edilən və sadə və səfil həyat tərzi keçirən Alisadir. Lessinqi bu əsəri yazmağa 1983-cü ildə İrlandiyanın Respublika Ordusunun Londondakı Harrods mağazasının bombalanması təşviq etdi. O, Britaniya Kommunist Partiyasının üzvü olub, lakin 1956-cı ildə Macarıstanda baş verən üsyandan sonra oradan ayrılıb. Bəzi tənqidçilər romanı satirik üslubda yazılmış roman adlandırdılar, lakin Lessinq onu heyrətləndirici və yumoristik hesab edirdi. Əsərin adı Alisanın ikitərəfli təbiətini təsvir edir. "Yaxşı terrorçu" əsəri tənqidçilərin fikirlərini ikiyə ayırdı. Bəzi tənqidçilər əsərin əsas ideyasını və qəhrəmanlarını yüksək qiymətləndirdilər, digərləri onu süjet xəttinin sadə, qəhrəmanlarının isə mənasız və darıxdırıcı olduğu üçün tənqid etdilər. Bir tənqidçi Lessinqin "güclü təsviri nəsr bacarıqlarını və personajlarının dəqiq və real xarakteristikaları"-nı qiymətləndirərkən, digəri onu "kifayət qədər sadə məzmunlu" və qəhrəmanlarını isə "mənasız və ya özünü xülyaları ilə aldadan" adlandırdı.
Yaxşı hasar
Yaxşı hasar (ivr. ‏הגדר הטובה‏‎, Ha-Qader Ha-Tova, ərəb. السياج الجيد‎, əs-Siyəc əl-Cəyid) — 1978-ci ildə Cənubi Livan münaqişəsindən sonrakı dövrdə (Livanda vətəndaş müharibəsi zamanı) İsrailin Livan ilə 80 mil (130 km) uzunluğunda olan şimal sərhədinə aid edilən termin. O zaman Livanın cənubuna Azad Livan Dövləti (1978–1984) və daha sonra Cənubi Livan təhlükəsizlik kəməri administrasiyası formasında maruni xristian milisləri və Cənubi Livan Ordusu nəzarət edirdi. 1948-ci ildə İsrail Dövlətinin qurulmasından 1970-ci ilə qədər İsrailin Livanla sərhədi sakit formada qalmışdı.Odur ki, hətta İsrailin Metula şəhərindən olan fermerlər Livanın daxilindəki Əyun vadisində torpaqlarını əkinçiliklə məşğul olurdular. 1970-ci ildə baş tutan Qara sentyabrda İordaniyadan qovulduqdan sonra FAT Livanın cənubuna nəzarəti ələ keçirməyə və regionda hökm sürən əmin-amanlığı pozmağa başlamışdı. "Yaxşı hasar"ın başlanğıcı 1976-cı ildə Livanda vətəndaş müharibəsinin başlaması və İsrailin Livanın cənubunda üstünlük təşkil edən maruni milislərinə Fələstin Azadlıq Təşkilatı ilə döyüşdə dəstəyi ilə üst-üstə düşür. 1977-ci ildən İsrail marunilərə və onların müttəfiqlərinə İsraildə iş tapmağa icazə vermiş, məhsullarının İsrailin liman şəhəri Hayfa vasitəsilə ixracına kömək etmişdir. Məhsulların və işçilərin keçdiyi əsas sərhəd keçidi Metula yaxınlığındakı Fatimə darvazası idi. Bu, Azad Livan Dövlətinin və sonrakı Cənubi Livan təhlükəsizlik kəməri administrasiyasına əsas iqtisadi sabitliyi təmin etmişdir.
Yaxşı vaxt
Yaxşı vaxt (ing. Good Time) — Coş və Benni Safdi qardaşları tərəfindən 2017-cı ildə çəkilmiş cinayət, triller filmi. Filmin baş rollarında Robert Pattinson və Benni Safdi çıxış edir. Film əqli qüsurlu qardaşı ilə soyğun etməyə çalışan Konni adlı bank soyğunçusundan bəhs edir. Onların planı uğursuz olanda Konni qaçmağı bacarır, ancaq qardaşı isə saxlanılır. Konni indi qardaşını xilas etmək üçün bir yol tapmalıdır. A24 filmləri Yaxşı vaxt — Internet Movie Database saytında.
Dövlət idarəetmə formaları
Dövlət idarəetmə formaları — yüksək dövlət hakimiyyəti orqanlarının təşkili sistemini, onların formalaşma qaydasını, fəaliyyət şərtlərini və səlahiyyətlərini, habelə bu orqanların bir-biri ilə və əhali ilə qarşılıqlı əlaqəsi qaydasını və əhalinin onların formalaşmasında iştirak dərəcəsini müəyyən edən dövlət formasının bir elementi. Dövlətin forması onun xarici əlamətlərinin məcmusu kimi bu dövlətdə hakimiyyətin təşkilinin necəliyini, hakimiyyətin necə, hansı orqan və metodlarla həyata keçirildiyini göstərir. Dövlətin forması onun ibarət olduğu üç elementlə xarakterizə olunur: idarəetmə forması, dövlət quruluşu forması və siyasi rejim, yaxud dövlət rejimi. İdarəetmə forması dedikdə, dövlətin dövlət başçısının hüquqi statusu və ya ali dövlət hakimiyyəti orqanları arasında hakimiyyət səlahiyyətlərinin bölgüsü ilə xarakterizə olunan təşkili forması başa düşülür. Bu baxımdan bütün dövlətlər monarxiya və respublikaya bölünür. Monarxiyada ali hakimiyyət tam şəkildə və ya qismən təkhakimiyyətli dövlət başçısının (kral, çar, şah və s.) əlində birləşir. Bu ali hakimiyyət adətən irsi olur. Monarxiya, bir qayda olaraq orta əsrlərin son dövrləri üçün xarakterik olan mütləq monarxiyaya (belə dövlətdə monolit hakimiyyət heç nə ilə məhdudlaşmır) və məhdud monarxiyaya (burada isə dövlət başçısı (monarx) ilə bərabər başqa bir ali orqan məsələn, parlament olur) bölünür. Məhdud monarxiyanın müasir forması parlamentli monarxiyadır. Burada monarxın rolu ancaq formal xarakter daşıyır, dövlətin idarə olunmasında aparıcı rol parlament tərəfindən formalaşan hökumətə məxsusdur.
Elektron idarəetmə vahidi
Elektron idarəetmə bloku (EİB) — elektronikada bir və ya bir neçə elektrik sistemini və ya alt sistemləri idarə edə bilən istənilən quraşdırılan sistemlər üçün ümumi termindir.